ADMİU-NUN 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ BİR SIRA ƏCNƏBİ QONAQ UNİVERSİTETDƏ OLUB
ADMİU-NUN 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ BİR SIRA ƏCNƏBİ QONAQ UNİVERSİTETDƏ OLUB
19.12.2023
Rusiya, Qazaxıstan və Qırğızıstanın tanınmış ali təhsil ocaqlarının rəhbərləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibəti ilə universitetdə qonaq olublar.
Qonaqları rəhbəri olduğu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu deyən ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova onlara universitet haqqında geniş məlumat verib, 100 illik yubileylə bağlı görülmüş işlərdən danışıb.
Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin baş direktoru Alina Jumaqulova və müşaviri Olqa Yanovskaya, Qırğız Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tumonbəy Koldoşov, beynəlxalq əlaqələr üzrə mütəxəssis Kımbat Abdılda qızı, İncəsənət fakültəsinin dekanı Sozul Kaziyeva, GİTİS Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı universitetlə yaxından tanış olub, ayrı-ayrı fakültələrdə keçirilən dərs prosesində iştirak ediblər. Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olan qonaqlar universitetdəki ümumi abu-havadan məmnunluqlarını dilə gətirib, başda rektor C.Mahmudova olmaqla, bütün kollektivi yubiley münasibəti ilə təbrik ediblər.