Sentyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) A korpusunda mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşq rektor, professor Ceyran Mahmudova və universitetin kollektivi, Mülki müdafiə rəhbəri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçib.
Məşqin keçirilməsində əsas məqsəd tələbə və işçi heyətinə xəbərdarlıq və toplanış vərdişlərinin aşılanması, eyni zamanda yanğın və digər fövqəladə hadisələr zamanı ayıq-sayıq, bacarıqlı və daha hazırlıqlı kollektiv formalaşdırmaqdır. Çünki heç bir dövlət və cəmiyyət yanğın və ya digər fövqəladə hadisələrdən sığortalanmamışdır.
Daha sonra Yanğınsöndürən balondan praktiki istifadə qaydaları tədbir iştirakçılarına əyani formada çatdırılıb.