Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək
portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə(videotəlimat) dəqiqləşdirə bilərlər.
Bakalavriat səviyyəsinə qəbul zamanı ali təhsil müəssisəsi tərəfindən tələb olunan sənədlər
Müraciətiniz ali təhsil müəssisəsi tərəfindən portal.edu.az platformasında təsdiq edildikdən sonra aşağıdakı sənədləri universitetə təqdim etmək lazımdır:
• Şəxsiyyət vəsiqəsinin surəti (4 ədəd);
• 3×4 ölçülü foto şəkil (ağ fonda, 4 ədəd);
• 3×4 ölçülü foto şəkilin elektron variantı
qebul@admiu.edu.az elektron ünvanına göndərilməlidir.
• Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplomun əsli;
• Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti;
• Sağlamlıq haqqında arayış;
• Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti.
İmtiyazın şamil olunması üçün müvafiq sənədlər:
• Məcburi köçkün statusu olan bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərin surətləri (notarial qaydada təsdiq edilmiş)
• Valideyn himayəsindən məhrum olmuş (biri vəfat etmiş, digəri birinci və ya ikinci qrup əlil) və ya valideynlərini itirmiş bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- Tibbi-sosial ekspert komissiyasının arayışı
- valideynlərin (valideynin) ölüm haqqında şəhadətnaməsi
• I və II dərəcə əlilliyi olan şəxslər bakalavrlar:
- əlil olması barədə Tibbi-sosial ekspert komissiyasının arayışı
- şəxsiyyət vəsiqəsinin surəti
• Qarabağ əlili (Şəhid ailəsinin) övladı olan bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərin surətləri(notarial qaydada təsdiq edilmiş)
• “Müharibə veteranı” adı almış bakalavrlar
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərin surətləri(notarial qaydada təsdiq edilmiş)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənədlərin qəbulu I-V günlər saat 10:00-17:00-da (nahar fasiləsi 13:00-14:00) əsas binada aparılır.
Tel.:
012 599 00 54 (daxili 154)
070 237 34 37 - Eldar Məmmədzadə
Elektron poçt ünvanı: qebul@admiu.edu.az
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.