İşğaldan azad olunmuş Laçında teatr və kino xadimlərinin iştirakı ilə yay düşərgəsi keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xüsusi seçim¬lərdən keçən tələbə və məzunlarının da qatıldığı 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb. Məqsəd işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq tamaşalar hazırlamaq, milli mədəniy¬yətimizi inkişaf etdirməkdir. İyulun 22-dən başlayan yay düşərgəsində tamaşa üzərində hazırlıqlar 8, 9, 10 avqust tarixlərində Əməkdar artist Nicat Kazımovun quruluşunda Cəfər Cabbarlının “Sevil”, rejissor Ceyhun Dadaşovun quruluşunda Maksim Qor¬kinin “Danko haqqında əfsanə”, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadənin Jan-Pol Sartrın “Son xətt” tamaşalarının prem¬yerası ilə yekunlaşıb.
Sözügedən tamaşalarda ADMİU-nun SABAH qrupları və Teatr sənəti fakültəsinin tələbə və məzunları Aslanlı Nihad, Qasımova Gülçin, Ağayev Nurlan, Rəfiyev Məmməd, Səmədli İlqar, Nurəliyev Elçin, Səbinə Hüseynova, Günəş Bağırsoy, Ayşən Əsədova iştirak edibər.