ADMİU-NUN TƏLƏBƏLƏRİ QIRĞIZISTANDA YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİRLƏR
ADMİU-NUN TƏLƏBƏLƏRİ QIRĞIZISTANDA YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİRLƏR
09.07.2023
30 iyun - 10 iyul tarixlərində Qırğızıstanda İssık-Kul gölü kənarında yerləşən Avrora sanatoriyasında Rusiya Teatr Sənətləri İnstitutunun təşkilatçılığı ilə "İssık-Kulda QİTİS Yay Məktəbi" keçirilir.
Fərqli ölkələrdən tələbələrin qatıldığı yay məktəbində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti üzrə təhsil alan I tədris ili tələbələri və müəllimlər Ceyhun Dadaşov, Ruslan İsmayılov iştirak edirlər.
Tələbələr yay məktəbində Aktyor sənəti və səhnə hərəkətləri üzrə dərslər keçirlər.
Həmçinin, ADMİU-nun müəllimləri C.Dadaşov və R.İsmayılov sözügedən yay məktəbində tələbələrə ustad dərsləri keçiblər.