MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ DƏ TÜRKİYƏYƏ YARDIM KAMPANIYASINA QOŞULDU
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ DƏ TÜRKİYƏYƏ YARDIM KAMPANIYASINA QOŞULDU
08.02.2023
Fevralın 6-sı səhər saatlarında Türkiyədə baş verən və genişmiqyaslı dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də yardım kampaniyasına qoşulub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADMİU əməkdaşlarının topladığı yardımlar Bakı şəhəri, Tbilisi prospektində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunmuş məntəqəyə çatdırılıb.
Universitetin kollektivi qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.