"MİLLİ MƏDƏNIYYƏTİMİZ VƏ İNCƏSƏNƏTİMİZ BÖYÜK HİMAYƏDAR HEYDƏR ƏLİYEV İDEYALARINDAN GÜC ALIR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
"MİLLİ MƏDƏNIYYƏTİMİZ VƏ İNCƏSƏNƏTİMİZ BÖYÜK HİMAYƏDAR HEYDƏR ƏLİYEV İDEYALARINDAN GÜC ALIR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
26.06.2023
İyulun 23-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Milli mədəniyyətimiz və incəsənətimiz böyük himayədar Heydər Əliyev ideyalarından güc alır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Akademiyanın heyəti və kursantlar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) pedaqoqları- Xalq artistləri tarzənlər Zamiq Əliyev, Vamiq Məmmədəliyev, kinorejissorlar Oqtay Mirqasımov, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi dramaturq Əli Əmirli və digər mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunub saxlanması, mədəniyyətimizin inkişafı üçün misilsiz xidmətlərindən danışılıb, bu sahəyə hər zaman göstərdiyi diqqət və qayğısından bəhs edilib.
Tədbirin sonunda ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbə və müəllim heyətinin musiqili çıxışları izləyicilərdə xoş ovqat yaradıb.