ADMİU-NUN ƏMƏKDAŞI "STRATEJİ İNSAN RESURSLARIN İDARƏ OLUNMASI" TƏLİMİNDƏ İŞTİRAK EDİB
ADMİU-NUN ƏMƏKDAŞI "STRATEJİ İNSAN RESURSLARIN İDARƏ OLUNMASI" TƏLİMİNDƏ İŞTİRAK EDİB
26.06.2023
İyunun 20-də Bakı Biznes Universitetində “Azərbaycan Rektorlar Konfransı” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insan resursları üzrə məsul şəxslərinə "Strateji insan resursların idarə olunması" tədris proqramı üzrə sertifikatların təqdim edilməsinə həsr edildimiş tədbir keçirilib. Azərbaijan HR İnstitute şirkətinin dəstəyi ilə təşkil edilmiş təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak etmiş və təlimimüvəffəqiyyətlə başa vurublar. Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub. ADMİU-dan təlim proqramında İnsan Resursları şöbəsinin müdiri Firəngiz Məmmədova iştirak edib.
Tədbirdə çıxış edən Universitetin rektoru professor İbad Abbasov tədbir iştirakçılarını salamlayıb və sertifikatlaşmanın önəmindən bəhs edib. Rektor qeyd edib ki, insan resurslarının idarə edilməsi hazırda strateji istiqamət olmaqla ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan insan resurslarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmalı və mütəxəssislərin peşəkarlığı daim təkmilləşdirilməlidir.
Daha sonra çıxış edən Azərbaijan HR İnstitute-un direktoru Emil Hüseynov Bakı Biznes Universiteti ilə ECAR layihəsi çərçivəsindəki məhsuldar əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib. E.Hüseynov insan resursları mütəxəssislərinin təlimlərdə yüksək səviyyədə iştirakı və uğurlu nəticələrindən danışıb və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.
Təlimdə iştirak edən ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək keçirilən təlimlərdən razı qaldıları, şəxsi və peşəkar inkişaf baxımından fayda əldə etdiklərini qeyd ediblər. Tədbirin yekununda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim olunub.