Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Müdafiə Xidmətinin təsdiq olunmuş illik “Plan qrafik”ə əsasən 19-21 iyun tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin A və B korpusunda yanğın taktiki-təlimi keçirilib.
Yanğın taktiki-təlimin keçirilməsində məqsəd Universitetin şəxsi heyətinin öyrədilməsi və gələcək fövqəladə hadisələr zamanı real və praktiki vərdişlərin aşılanması, baş verə biləcək fövqəladə hal zamanı düzgün istiqamətləndirmə və qısa zamanda fövqəladə hadisənin lokallaşdırılmasıdır.
Təlimin rəhbəri yanğın taktiki-təlimin başa çatmasını elan etdikdən sonra nəticələr təhlil olunub və aşkar olunan nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib.