Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova Rusiyada keçirilən “Rusiya – İslam dünyası. Kazan Forum 2023” XIV Beynəlxalq İqtisadi Forumda məruzə ilə çıxış edib.
2009-cu ildən başlayaraq Tatarıstan Respublikasının paytaxtında keçirilən Forumun məqsədi Rusiya və İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrinin qarşılıqlı iqtisadi-ticarət, elmi-texniki, sosial və mədəni mübadiləsinin dayanıqlı inkişafını təmin etməkdir. S.Kərimovanın “Azərbaycanın mədəni irsi müasir iqtisadi mühit kontekstində” məruzəsi hazırki məqamda ölkəmizdə mədəni irs abidələrimizin iqtisadi potensialının səmərəli istifadəsinə, Qarabağın bərpa işlərinə və kreativ sənayenin inkişaf xüsusiyyətlərinə həsr edilib.