Fevralın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səhnə danışığı” kafedrasının dosenti, Əməkdar artist Ağalar Bayramov 2021-22-ci tədris ili üçün “Sərbəst vəznli şeirlərin bədii qiraəti” adlı yaradıcılıq-ifa işi təqdim edib.
Yaradıcılıq-ifa işində Rəsul Rzanın “Babamın səhvi”, “İnsan şəkli”, Məmməd Arazın “Yaşamağa nə var ki...”, “Şanapipik”, “El üçün ağlayan...”, “Heykəlimlə görüş”, “Atamın kitabı”, Fikrət Qocanın “101”, “Ərkəc”, “Qorxuram”, “Yalançı Məhəmməd”, “Rüşvətxorlar”, “Yuxuda həccə getmişdim...”, Bəxtiyar Vahabzadənin “Zərrə-dünya”, Qabilin “Gedən yerim olaydı...”, Litva şairi Antonas Venslavanın “Görüş-ayrılıq”, Adil Babayevin “Yaşamağı bacarmıram...”, Əjdər Olun “Qeyrət məsələsi”, “Mənəm, Ağalaram!” və Xəlil Rza Ulutürkün “Mənim şeirim” adlı poeziyalarına istinad edilib.
Yaradıclıq-ifa işində 2-ci tədris ili "Teatr və kino aktyoru” ixtisası üzrə üç tələbəsi (Aydan, Rüstəm, Leyla) iştirak ediblər.
ADMİU-nun prorektoru, dosent Sədaqət Əliyeva, Bədii şuranın sədri, Əməkdar incəsənət xadimi, ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor, dramaturq Əli Əmirli, Əməkdar müəllim, professor Fikrət Sultanov və digər şura üzvləri yaradıcılıq-ifa işi haqqında yüksək fikirlər söyləyiblər.