ADMİU TƏLƏBƏLƏRİNİN AUTİZMLİ GƏNCLƏRLƏ GÖRÜŞÜ DAVAM EDİR
ADMİU TƏLƏBƏLƏRİNİN AUTİZMLİ GƏNCLƏRLƏ GÖRÜŞÜ DAVAM EDİR
18.07.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbələri Bir Könüllü təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin "Birgə və Sağlam" İctimai Birliyində birgə keçirdiyi tədbirdə iştirak ediblər.
Tələbələr autizmli gənclərlə səmərəli vaxt keçirərək onlar üçün konsert proqramı təqdim ediblər. Musiqili tədbirin məqsədi Mərkəzdə müalicə alan uşaqların erkən yaşlarından musiqi ilə məşğul olmasına həvəs oyatmaq, daxillərindəki istedadı üzə çıxartmaq olub.
Autizmli gənclərdən biri olan ADMİU-nun bu ilki məzunu, istedadlı piano ifaçısı Əlisahib Bayramov tədbirdə iştirak edərək, öz ifasıyla gəncləri heyran edib.