Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Cəmiyyəti (TEC) elmi-tədqiqat və elmi təşkilati işlərində fəal iştirak edən, ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. TEC universitet rəhbərliyinə tabedir və Elmi Şura qarşısında hesabat verir.
Tələbə Elmi Cəmiyyəti öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsini və Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməni rəhbər tutur.
TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında universitetin işinə kömək etməkdən ibarətdir.
TEC-in vəzifələrinə daxildir:
1) tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
2) elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
3) tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
4) tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
5) tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
6) istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
7) elmi və elmi-pedoqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
8) digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi;
9) müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
10) tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
11) innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
12) tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
13) universitet və universitetdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və universitetin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi və s.
Ali təhsil müəssisəsinin TEC-nin ali orqanı TEC-in konfransıdır. TEC-in yaradılması və yenidən təşkili TEC konfransının qərarı əsasında həyata keçirilir. Konfranslararası müddətdə TEC-in fəaliyyətinə rəhbərlik konfransda seçilən TEC-in Şurası tərəfindən həyata keçirilir.
Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər.
TEC-ə yeni üzvlərin qəbul edilməsi tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir.
ADMİU Tələbə Elmi Cəmiyyəti özündə Kulturologiya, Rəssamlıq, Musiqi sənəti, Teatr sənəti və Audiovizual sənətlər fakültələrinin Tələbə Elmi Cəmiyyətlərini birləşdirir.
Tələbə Elmi Cəmiyyətinə Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi
Aysel Həsənova sədrlik edir.