"DRAM TEATRI VƏ KİNO AKTYORU" KAFEDRASI

“Dram teatrı və kino aktyoru” kafedrası 1945-ci ildən “Aktyor sənəti” kafedrası kimi fəaliyyət göstərib. “Aktyor sənəti” kafedrasına Rza Təhmasib, Şəfiqə Məmmədova, Fikrət Sultanov və Ağakişi Kazımov müxtəlif illərdə rəhbərlik ediblər. 2011-ci ildən kafedralar bölünərək “Aktyor sənəti” kafedrası “Dram teatrı və kino aktyoru” kafedrası oldu və o zamandan bu günə kimi kafedraya əməkdar artist, professor
Gülşad Baxşıyeva rəhbərlik edir.
Kafedrada əməkdar artist, dosent Məmmədsəfa Qasımov, əməkdar artist, dosent Fərhad İsrafilov, əməkdar artist Sona Mikayılova, əməkdar artist Yaqut Paşayeva, əməkdar mədəniyyət işçisi, baş müəllim Esmiralda Osmanova, xalq artisti, dosent Firəngiz Mütəllimova, xalq atristi, professor Bəsti Cəfərova, xalq artisti Zemfira Nərimanova və saat hesabı, əməkdar artist Nataliya Baliyeva dərs deyirlər.
Hal-hazırda kafedrada 10 müəllim (2 professor, 3 dosent, 1 baş müəllim, 4 müəllim) çalışır. Bunlardan 3 Xalq artisti, 6 Əməkdar artist, 1 Əməkdar mədəniyyət işçisi adı daşıyır.
2015-ci ildən “Dram teatrı və kino aktyoru” kafedrası yeni yaranmış “Teatr sənəti” fakültəsinin tərkibində fəaliyyət göstərir.