AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ
15.09.2016
Sentyabr ayının 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Universitetin professor–müəllim heyətinin, tanınmış sənət nümayəndələrinin iştirak etdiyi tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova giriş sözü ilə çıxış edərək tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra Aqşin Babayev, Canəli Əkbərov, Zamiq Əliyev, Vamiq Məmmədəliyev çıxış edərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin ali təhsil müəssisələri arasında fərqli və xüsusi yeri olduğunu, tələbələrin burada dərs deyən görkəmli şəxsiyyətlər və professor-müəllim heyətindən lazım olan bütün bilik və bacarıqlardan bəhrələnə biləcəklərinə əmin olduqlarını vurğulaylblar. Daha sonra tələbələrə fakültə dekanları, kafedra müdirlərini təqdim edərək, onları dərs otaqlarına yola salıblar.