Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin Heydər Əliyev Məktəbində Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə bağlı görüş keçirilib. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Millət vəkili Gövhər Baxşəliyeva, YAP Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev, Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçən görüşdə Universitetin rektoru professor Fərəh Əliyeva qonaqları salamlayaraq, YAP-ın 25 illik yubileyini təbrik edib, onlara bu şərəfli fəaliyyət yolunda uğurlar arzulayıb. Rektor Universitetin müəllimləri olan tanınmış sənət adamları, incəsənət nümayəndələri və tələbələrin partiyanın üzvü olduğunu qeyd edərək, ildən ilə bu siyahının daha da artığını söyləyib. Daha sonra Millət vəkili Gövhər Baxşəliyeva çıxış edərək Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, xalqın mənafeyini qoruması, bu ənənələrin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən, YAP-ın gördüyü işlərdən danışaraq, bu bayram tədbiri münasibəti ilə hamını təbrik. Görüşdə çıxış edən “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının professoru, xalq artisti Zamiq Əliyev, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, “Kino-televiziya” fakültəsinin dekanı Mübariz Məmmədli də YAP-ın gördüyü işlər və onların Universitetdə hər zaman dəstəkləndiyini vurğulayıb. Zamiq Əliyev çıxışında Heydər Əliyevin sənət adamlarına diqqət və qayğısından, xatirələrindən danışıb, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva Universitetin YAP GB-nin aktiv fəaliyyətini, müəllimlərin bu sahədə tələbələr arasında təbliğat, təşviqat işlərini yüksək səviyyədə apardıqlarını qeyd edib. Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək iqtidar partiyası olan YAP-ın tarixindən, dünənindən, bu günündən, sabahından, məhsuldar fəaliyyətindən danışaraq, 700000 üzvü olduğunu qeyd edib. Görüşdə YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.