ADMİU-DA “WEB OF SCIENCE” PLATFORMASINDAN İSTİFADƏ QAYDALARI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
ADMİU-DA “WEB OF SCIENCE” PLATFORMASINDAN İSTİFADƏ QAYDALARI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
28.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünyada ən nüfuzlu elmi-analitik informasiya platforması olan “Web of Science”dan istifadə qaydaları ilə mövzusunda seminar keçirilib. “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə çıxış edərək, “Web of Science” sistemi, ondan istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar barədə məlumat verib. Universitetin professor, müəllim, doktorant və dissertantların iştirak etdiyi seminarda əsasən incəsənət yönlü jurnallar, onların axtarışı və s. haqqında geniş danışılıb, A.Babazadə platformada jurnalların, məqalələrin axtarılması qaydalarını da əyani şəkildə nümayiş etdirib.
Seminarda ekspert ona ünvanlanan suallara ətraflı şəkildə aydınlıq gətirib.