ADMİU “QLOBALLAŞAN DÜNYADA MUSİQİ ƏNƏNƏLƏRİ” I BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSINDA
ADMİU “QLOBALLAŞAN DÜNYADA MUSİQİ ƏNƏNƏLƏRİ” I BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSINDA
28.10.2017
Oktyabr ayının 26-27-si Azərbaycan Milli Konservatoriyasında (AMK) xarici və yerli tədqiqatçı –alimlərin iştirakı ilə “Qloballaşan Dünyada Musiqi Ənənələri” I Beynəlxalq Elmi-praktik konfransı keçirilib.
Beynəlxalq Konfransda 40-a yaxın məruzəçi arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən - dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova, müəllim və dissertant Sevinc Əzizova, müəllim Haviz Kərimov, Universitetin əməkdaşı Aysel Hacıyeva maraqlı mövzularla çıxış ediblər.