ADMİU TƏLƏBƏLƏRİ RUS DRAM TEATRININ YENI MÖVSÜMÜNDƏ
ADMİU TƏLƏBƏLƏRİ RUS DRAM TEATRININ YENI MÖVSÜMÜNDƏ
19.09.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak ediblər. Belə ki, Univesitetin musiqi sənəti kafedrasının tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" adlı tamaşasının premyerasında yer alıblar. Bütün yayı teatrın truppası ilə məşq edən tələbələr tamaşada canlı şəkildə çox uğurlu çıxış nümayiş etdiriblər.
Səhnə əsərində Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, "Mərasim" adlı tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.