ADMİU-DA TGT, THİK, ADMİU YAP ÖZƏYİNİN TƏŞKİLATÇILIĞI İLƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ, MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ADMİU-DA TGT, THİK, ADMİU YAP ÖZƏYİNİN TƏŞKİLATÇILIĞI İLƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ, MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
12.12.2016
Tədbir ulu öndərin Universitetdəki büstünün qarşısına tər çiçək dəstələrini qoymaqla başladı.
İclası giriş sözü ilə açan Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva Heydər Əliyevin cahanşümul fəaliyyətindən, Azərbaycan mədəniyyətinə qayğısından danışaraq dedi: “Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ulu öndərimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail oldu. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yeni strateji-siyasi kurs daim Azərbaycana uğur gətirib. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ümummilli liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt və firavan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb”. ADMİU YAP təşkilatının sədri Orxan Məmmədov çıxış edərək, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindən birinin olduğu, Ulu öndərin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsinin ucaldığını, taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail olduğunu bildirdi. Sonra TGT-nin fəal üzvləri çıxış edərək ulu öndərin gənclərə qayğısından, müstəqil Azərbaycanda yaşadıqları üçün xoşbəxt olduqlarını bildirdilər. Bu gün müstəqil Azərbaycanın yaşamasına, dünyada qüdrətli bir ölkə kimi tanınmasına görə məhz Heydər Əliyevə borclu olduqlarını, bu məsuliyyəti hiss etdiklərini qeyd etdilər.
Universitetdə bütün tədris auditoriyalarında ilk dərs Ulu Öndər Heydər Əliyevə həsr olunub.