"MÜASİR AZƏRBAYCAN SƏNƏTŞÜNASLIĞININ PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI” MÖVZUSUNDA GÖRÜŞ
"MÜASİR AZƏRBAYCAN SƏNƏTŞÜNASLIĞININ PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI” MÖVZUSUNDA GÖRÜŞ
14.11.2016
Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsinin tələbələri ilə "Müasir Azərbaycan sənətşünaslığının problemləri və həlli yolları” mövzusunda görüşü keçirilib.
Görüşdə ARİ-nın "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov tələbələr ilə maraqlı diskussiya qurublar.