ADMİU Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən profilə uyğun 28 adda 155 nüsxə hədiyyə olunan yeni nəşr fondumuzu xeyli zənginləşdirib. Respublika Kitabxana Kollektoru tərəfindən bağışlanan ixtisas yönümlü Azərbaycan, rus və ingilis dillərində çap olunmuş kitablar mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edir.
Bu nəşrlərdən R.Bəhmlinin “Azərbaycanın qədim rəqs havaları”, “Azərbaycan cəngi rəqsləri”, A.Baxşiyevanın “Arif Məlikov. Tarix və müasirlik”, A.Kazımzadə “Kino salnaməsi”, K.Əsədullayevin “Azərbaycan, Yaxın və Orta Şərq xalqlarının şifahi ənənəli musiqisində “Rast” muğamı”, A.Səmədzadənin “Azərbaycan 100 mahnıda”, Q.Paşayevin “Nəsimi. Edamdan sonrakı həyat”, “Mirəli Mirqasımov. Həyat və yaradıcılığı”, Anarın “Söz dünyası”, N.Gülün “Seçilmiş əsərləri”, “Əlimərdan bəy Topçubaşov. Seçilmiş əsərləri”, F.Qocanın “Seçilmiş əsərləri” çoxcildliyi və digər kitabları xüsusi qeyd etmək olar.
Universitetin professor-müəllim heyəti və tələbələrin yaxından tanış olması məqsədilə bu kitablar “Yeni daxil olan nəşrlər”in sərgisində nümayiş olunur.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.