Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Davamçı ol” layihəsi çərçivəsində növbəti görüş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alan tələbələrlə baş tutub.
Görüş zamanı gənclərə Hərəkatla bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.