ADMİU-NUN MUSİQİÇİ TƏLƏBƏLƏRİ BEYNƏLXALQ MÜSABİQƏ FESTİVALDA UĞURLA İŞTİRAK EDİBLƏR
ADMİU-NUN MUSİQİÇİ TƏLƏBƏLƏRİ BEYNƏLXALQ MÜSABİQƏ FESTİVALDA UĞURLA İŞTİRAK EDİBLƏR
11.05.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi, İnstrumental ifaçılıq kafedrasının tələbələri beynəlxalq musiqi festivalında iştirak ediblər.
Rusiyanın paytaxtı Moskva şəhərində “Moskva İncəsənət Məktəbi”, “Təhsil Proqramları Müdirliyi” və Moskva şəhərinin Dövlət büdcəli əlavə təhsil müəssisəsinin nəzdində A.M.İvanov Kramskoy adına musiqi məktəbinin birgə təşkil etdiyi VI Beynəlxalq müsabiqə festivalına qatılan bakalavr və magistr pilləsində təhsil alan tələbələr gitara ifaçıları, “Sehrli simlər” ansamblının üzvləri Məmmədov Zaur, Hüseynov Raul və Vəlizadə Tunar Ali təhsil müəssisələri arasında keçirilən müsabiqədə uğurla çıxış ediblər. Müsabiqədə iştirak edən ifaçı-tələbələr “Kamerı ansambl” (“Sehrli simlər” ansamblı üzvləri) nominasiyası üzrə I dərəcəli laureat, “Solo ifaçı” (Məmmədov Zaur) nominasiyası üzrə II dərəcəli laureat və “Solo ifaçı”(Hüseynov Raul) nominasiyası üzrə III dərəcəli laureat yerlərinə layiq görülüb, dəyərli hədiyyələrlə mükafatlandırılıblar.