Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamlar imzalayıb.
Mötəbər təltiflərə layiq görülən incəsənət nümayəndələri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız da var.
Onlardan Xalq artistləri Zamiq Əliyev, Vidadi Həsənov, Vaqif Mustafayev, Məmmədsəfa Qasımov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Xalq artisti Mehriban Zəki, Əməkdar İncəsənət Xadimləri Mehriban Ələkbərzadə, Hafiz Quliyev, Əməkdar artistlər Nicat Kazımov, Qurban Məsimov, Leyli Vəliyeva, rejissor Gümrah Ömər isə Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüblər.