2023/2024-CÜ TƏDRİS İLİ ÜZRƏ SABAH QRUPLARININ BAKALAVRİATURA SƏVİYYƏSİNDƏ TƏLƏBƏ QƏBULU ÜÇÜN İNFOSESSIYALAR DAVAM EDİR!
2023/2024-CÜ TƏDRİS İLİ ÜZRƏ SABAH QRUPLARININ BAKALAVRİATURA SƏVİYYƏSİNDƏ TƏLƏBƏ QƏBULU ÜÇÜN İNFOSESSIYALAR DAVAM EDİR!
06.05.2023
2023/2024-cü tədris ili üzrə SABAH qruplarına tələbə qəbulu ilə bağlı 10.05.2023-cü il tarixində saat 14:00-da ADMİU-nun kiçik zalında Elm və Təhsil Nazirliyinin SABAH İcra Komitəsi tərəfindən infosessiya keçiriləcək.
ADMİU SABAH qruplarına müraciət etmək istəyən Aktyor sənəti və Rejissorluq ixtisası üzrə təhsil alan I təhsil ilinin tələbələri infosessiyada iştirak edərək SABAH qruplarının mahiyyəti, üstünlükləri və SABAH qruplarına tələbə qəbulunun mərhələləri haqqında ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri olan ADMİU-da SABAH resurs mərkəzi isə 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.
#admiu #SABAH #sabahqrupları #SABAHgroups #ETN #EduAz #admiu #SABAHbakalavriatura #qəbul2023