Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bakıda keçirilən “Moskva Günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Rusiyanın Əməkdar artisti, “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü gerçəkləşdirilib.
Görüşdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Teatr sənəti və Audiovizual sənətlər fakültəsinin tələbələri, həmçinin, media nümayəndələri iştirak ediblər.
Səmimi qarşılanmadan məmnunluğunu bildirən qonaq ölkəmizə gəlmə səbəbindən və Bakı təəssüratlarından söz açıb.
Daha sonra tanınmış kino ulduzu aktyorluq sənəti, teatr və kino yaradıcılığı, pyes yazmaq və onu səhnələşdirmək haqqında danışıb, öz təcrübələrini bölüşüb, gələcəkdə bu sənəti peşəkar səviyyədə davam etdirəcək tələbələrə öz tövsiyələrini verib.
Görüşün davamında tələbələr onları maraqlandıran sualları qonağa ünvanlayıblar.