“MAGİSTR DİSSERTASİYALARINDA PLAGİAT PROBLEMİ VƏ ONUNLA MÜBARİZƏ ÜSULLARI” MÖVZUSUNDA TƏLİM
“MAGİSTR DİSSERTASİYALARINDA PLAGİAT PROBLEMİ VƏ ONUNLA MÜBARİZƏ ÜSULLARI” MÖVZUSUNDA TƏLİM
07.04.2023
ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Elmi-analitik Mərkəz növbəti təlim təşkil edib. Magistratura təhsil səviyyəsinin II kurs tələbələrinin iştirakı ilə baş tutan təlimi universitetin Kitabxana-informasiya Mərkəzinin biblioqrafı, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi, AMEA-nın doktorantı Natiq Mürsəlov keçib. Tədbiri Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova açaraq ADMİU-da akademik dürüstlük siyasəti haqqında magistrantları məlumatlandırıb. Daha sonra Elm və yaradıcılıq işləri üzrə prorektor, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva magistr dissertasiyalarının orijinallıq prinsiplərinə ciddi riayət olunmasının zəruriliyini diqqətə çatdırıb.
Tədbirdə Plagiat anlayışı, onun təzahür formaları, plagiatın növləri barədə ətraflı məlumat verilib. Təlimçi N.Mürsəlov antiplagiat sistemindən yayınmaq üçün edilən saxtakarlıq üsulları və onların yolverilməzliyinə dair hərtərəfli məlumat verib. ADMİU-da tətbiq olunan və elmi işlərin “Oxşarlıq hesabatı”nı təqdim edən “StrikerPlagiarism” proqramı geniş təhlil olunub. Tədbir magistrantların suallarının cavablandırılması ilə davam edib.