ADMİU-NUN MÜƏLLİMİ “DƏRZİ” İXTİSASI ÜZRƏ İXTİSASARTIRMA TƏLİMLƏRİNDƏ DƏRS DEYİB
ADMİU-NUN MÜƏLLİMİ “DƏRZİ” İXTİSASI ÜZRƏ İXTİSASARTIRMA TƏLİMLƏRİNDƏ DƏRS DEYİB
29.05.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Əhmədova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü və dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Dərzi” ixtisası üzrə mühəndis-pedoqoji heyyət üçün ixtisasartırma təlimlərində iştirak edib.
16-25 may tarixləri arasında keçirilən təlimdə N.Əhmədova iştirakçılarla müvafiq ixtisas üzrə təcrübə və biliklərini bölüşüb.