Mayın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları tərəfindən tələbələr üçün "Reklam dünyasında Sən" adlı seminar təşkil edilib.
Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının məzunları - "Techmark"-ın layihə rəhbəri Cavid Əfəndi və köməkçisi Elvin Məcidlinin apardığı seminarda reklam, reklam dünyasında iş imkanları, tələbələrin hansı işlərin öhdəsindən gələ biləcəkləri haqqında geniş məlumatlar verilib.
Sonda tələbələrin sualları cavablandırılıb, seminar diskussiya şəklində davam edib.