SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU ASLAN XƏLİLOV TƏŞƏKKÜRNAMƏ İLƏ TƏLTİF EDİLİB
SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU ASLAN XƏLİLOV TƏŞƏKKÜRNAMƏ İLƏ TƏLTİF EDİLİB
24.05.2023
Bu günlərdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) 100 illiyinə həsr olunmuş 560 səhifəlik “İstedadlar ocağı” adlı ensiklopedik kitabı işıq üzü görüb.
Bu münasibətlə kitabın redaktoru ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilova Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva tərəfindən təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, nəfis tərtibata malik kitabın layihə rəhbəri və “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır. Kitabda təhsil müəssisəsinin (1920-ci ildən 2020-ci ilə qədər) tarixi, bütün tələbələrin (onlar 6 minə qədərdir) adları, məşhur məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub.