Mayın 24-də Slovakiyalı mütəxəssis, Bratislava BİB Katibliyinin rəhbəri xanım Hana Krizanova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində BİB-mənşəyi, fəaliyyəti və beynəlxalq illüstrasiya ictimaiyyəti üçün əhəmiyyəti mövzusunda mühazirə deyib.
Mühazirədə ADMİU-nun Kultrologiya və Rəssamlıq fakültələrinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, 2023-cü il Azərbaycan və Slovakiya arasında yaranan diplomatik əlaqələrin 30 illik yubileyi kimi qeyd olunur. Bu münasibətlə Azərbaycandakı Slovakiya Səfirliyi il ərzində mədəni tədbirlərin keçirilməsini nəzərdə tutub. İlk olaraq may ayında (26 may-9 iyun) Biennali Slovakiya Qrafikası Sərgisi keçiriləcək. Xanım Hana Krizanova sözügedən sərginin təşkilatçılığını etmək üçün Azərbaycana dəvət olunub.