ADMİU-NUN TƏLƏBƏLƏRİ ELEKTRON XİDMƏTLƏR BARƏDƏ MƏLUMATLANDIRILIB
ADMİU-NUN TƏLƏBƏLƏRİ ELEKTRON XİDMƏTLƏR BARƏDƏ MƏLUMATLANDIRILIB
19.05.2023
18 may 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə tələbələrin maarifləndirilməsi istiqamətində görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin əməkdaşları Xalidə Hüseynzadə və Aysel Baxşəlizadə portal.edu.az, transfer.edu.az, dp.edu.az, apply.enic.edu.az, e-tfk.edu.az elektron xidmətlərindən istifadə qaydaları haqqında geniş məlumatlar verib, tələbələrin suallarını cavablandırıblar.