Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının əməkdaşları-baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli və sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev AMEA Milli Tarix Muzeyinin professoru Dr. Əli Rəcəblinin 95 illik yubileyinə həsr olunmuş “II. Uluslararası Balkanlar, Anadolu, Kafkasya ve Türkistan coğrafiyası sanat, kültür, tarih ve folklor kongresi/sanat etkinlikleri” simpoziumunda məruzə ilə çıxış ediblər.
9-12 may tarixlərində Türkiyənin Aydın şəhərində keçirilən simpoziumda türkiyəli və Azərbaycanlı alimlərlə yanaşı, Albaniya, Makedoniya, Monqolustan, İran, İnguşetiya, Bolqarıstan, Rusiya, Tatarıstan, Qazaxıstan, Çeçenistan, ABŞ, Özbəkistan, Qaqauziya, Türkmənistan, Kosova və Ukraniyadan gələn alimlər də iştirak ediblər.