Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Teatr sənəti” fakültəsinin tələbələri I Qarabağ Müharibəsinin Cocuq Mərcanlı uğrunda ilk şəhidi Faiq Rzayevin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Şəhidin bir zamanlar təhsil aldığı, indi isə adını daşıyan 150 №li məktəbdə keçirilən tədbirdə Xalq artisti Məmməd Səfa Qasımovun tələbələri “Şəhidlər unudulmur” kompozisiyasıyla çıxış ediblər. Tələbələrin vətənpərvəlik ruhlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.