Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının “Şuşa İli”nə həsr olunmuş “Mənim Şuşam” adlı konserti keçirilib. Konsertdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Konserti kafedranın baş müəllimi Leyla Aslanova bəstəkar Əzizə Mustafazadənin “Dreaming Sheherezadeh” musiqisiylə açıb. Daha sonra onun tələbəsi Nərmin Səlimzadə Fikrət Əmirovdan “Ekspromt №1” bəstəsini ifa edib.
Konsertdə müəllim Səidə Əliyeva, tələbələr Həmayə Baxışova, Raul Hüseynov, Zaur Məmmədov, Nuranə Əliyeva, Əsmər Qafarlı, Aynur Bəhmənli, Aynur Hüseynova, Nərgiz Sadıqova, Rəvan Mustafazadə, Məleykə Məhərrəmova və Kənan İmanovun ifasında Azərbaycan və dünya musiqisindən seçmə əsərlər təqdim olunub.