Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə ölkənin ali məktəbləri arasında Futzal turnirinə start verilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş turnirin yarışlarına aprelin 18-də start verilib. Qeyd olunub ki, 16 komanda 4 qrupda yarışır. Oyunlar FİFA və UEFA-nın qaydaları ilə keçirilir.
Turnirdə iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) komandası aprelin 19-da ilk oyununa çıxıb. İlk oyunda Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə üz-üzə gələn komandamız bundan sonra daha dörd oyuna çıxacaq.
Ali məktəb tələbələri arasında futzal idman növü üzrə yarışlar mayın 10-a kimi davam edəcək.