ADMİU-DA TƏLƏBƏLƏRİN TÜRKİYƏDƏ İŞ İMKANI ÜÇÜN PROTOKOL İMZALANIB
ADMİU-DA TƏLƏBƏLƏRİN TÜRKİYƏDƏ İŞ İMKANI ÜÇÜN PROTOKOL İMZALANIB
18.01.2022
Dekabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Türkiyə TT Hotels Turkey Otel Hizmetleri Turizm ve Ticaret A.Ş. arasında əməkdaşlıq protokolu imzalanıb. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ilə “TT Hotels Turkey Hotel Hiz” İnsan Resursları üzrə Baş Meneceri Kaan Şahinalpın imzaladığı protokol TT Hotels Turkey Otel Hiz. Turz. ve Tic. A.Ş.-ın müəssisələrində tətil imkanlarından istifadə ilə bağlı prosedur və prinsipləri əhatə edir. Əməkdaşlığa əsasən, ADMİU-nun “Turizm bələdçisi” və “Turizm işinin təşkili” ixtisasları üzrə təhsil alan tələbələr TT Hotels Turkey Otel Hizmetleri Turizm Ve Ticaret A.Ş. obyektin ehtiyaclarına və tələbələrin istəklərinə uyğun olaraq yaşayış müəssisələrində işə götürülür. Tələbələrin sığorta xərcləri və vergiləri ilə əlaqədar aylıq maaşları, işlədikləri vəzifəyə uyğun aylıq maaşları və iş icazəsi xərcləri TT Hotels Turkey Otel Hiz. Turt. ve Tic. A.Ş. tərəfindən ödənilir.
Həmçinin, bu protokol müddətində TT Hotels Turkey Otel Hiz. Turt. ve Tic. A.Ş otelləri, ADMİU-nun tətil imkanlarından yararlanmaq istəyən əməkdaşlarına normal satış rəqəmləri üzərində 15% endirim edilir.