
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) davam edən silsilə təlimlərin növbətisi baş tutub. “Microsoft Teams”proqramında keçirilən təlim “İndeksləşən məlumat bazarı” mövzusuna həsr olunub.
Tədbirdə çıxış edən ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva bildirib ki, universitet məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi və sair kimi mövzularda iştirakçılara daha geniş bilgilər vermək məqsədiylə fevral ayından etibarən yeni silsilə təlimlərə başlayıb. İlk təlim “İndeksləşən məlumat bazaları və elmi məqalələrə qoyulan tələblər” mövzusunda keçirilmişdi. Bu dəfə isə məlumat bazarı haqqında iştirakçılara mütəxəssis tərəfindən geniş məlumat veriləcək.
Daha sonra da tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi çıxış edib. O, təlim iştirakçılarına elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi, metriks ölçülər və reytinqlərin hesablanması, akademik profillərin yaradılması, elmi məqalələrin format və sair mövzularda geniş məlumat verib.
Məruzədən sonra iştirakçıların sualları cavablandırıb. Təlim diskussiya şəklində davam etdirilib.