Aprelin 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Maştağada yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Teatr sənəti” fakültəsinin III kurs TKA “C” qrupunun tələbələrinin ifasında İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri əsasında eyni adlı tamaşa nümayiş olunub.
Tamaşadan sonra Əməkdar artist, baş müəllim Yaqut Paşayeva səhnəyə çıxaraq bütün tamaşaçıları, teatrsevərləri salamlayıb və Maştağada növbəti dəfə tamaşa oynamağın sevincindən danışıb.
Qeyd edək ki, kursun səhnə danışığı müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva, dosent Nadir Hüseynovdur. Kafedra müdiri Əməkdar artist, professor Gülşad Baxşıyevadır.
Tələbələrin ifasında səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.