Azərbaycanda ilk dəfə mədəniyyət sahəsi üzrə MBA proqramı ADMİU-da...
Mədəniyyət və İncəsənət yönümlü tədbirlərin, proqramların təşkilində iştirak etmək, bu sahə üzrə prodüser və menecer vəzifələrində çalışmaq istəyənlərin nəzərinə:
Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilir. Bu sahədə bilik və bacarıqlarını artırmaq üçün MBA proqramında təhsil almaq istəyənlər elanda göstərilən telefon nömrəsi və e-mail ünvanıyla əlaqə saxlaya bilərlər.