Ölkəmizdə teatr sənətinin tədris olunduğu yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də Milli Teatr Gününə xüsusi hazırlaşmışdı.
Universitetin böyük səhnəsində ADMİU “SABAH” qrupunun IV kurs aktyorları M.Sebastianın “Adsız ulduz” lirik komediyasını nümayiş etdirdilər.
Tamaşanın quruluşçu rejissoru və kursun rəhbəri Əməkdar artist Nofəl Vəliyev, SABAH mərkəzinin rəhbəri Bella Talıbovadır.
Sürprizlərlə dolu sevginin qəfil alovlanmasından bəhs edən “Adsız ulduz” komediyayla dramın, gülüşlə göz yaşının uğurlu vəhdətindən ibarət səhnə əsəridir. İstər ölkə, istərsə də dünya səhnələrində dəfələrlə oynanılan əsər ADMİU-nunSABAH qrupu tələbələrinin ifasında maraqla qarşılanıb.