Martın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Maştağada yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində 10 Mart - Milli Teatr Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Teatr və kino aktyorluğu” fakültəsinin II B kursu tələbələrinin ifasında M.F.Axundzadənin əsərləri əsasında "Şeytanın müsafirləri" adlı tamaşa nümayiş olunub.
İlk olaraq Əməkdar artist, baş müəllim Yaqut Paşayeva səhnəyə çıxaraq bütün tamaşaçıları, teatrsevərləri Milli Teatr Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, kursun səhnə danışığı müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva, xoreaoqrafiya Səbinə Məmmədovadır. Kafedra müdiri Əməkdar artist, professor Gülşad Baxşıyevadır.
Tələbələrin ifasında səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.