Universitetdə 15-20 dekabr 2022-ci il tarixlərində təhsilin keyfiyyət səviyyəsini müəyyən etmək üçün “Tələbə məmnuniyyəti sorğusu”nda iştirak etməyinizi xahiş edirik. Sorğu ADMİU Elektron Universitet Modeli (EDUMAN) www.admiu.edu.az platforması vasitəsi ilə ADMİU tələbələri www.studentcabinet.admiu.edu.az keçidinə daxil olmaqla aparılacaq.
Eyni zamanda sorğu linkinə ADMİU-nun hər üç korpusun girişində və bütün dekanlıqların elanlar lövhəsində yerləşdirilmiş QR kodla daxil olmaq mümkündür. Sualları diqqətlə oxuyun və ən uyğun cavabı seçin (bir neçə cavab variantı ola bilər). Cavabların təhlili təhsilin keyfiyyətinin yüksəldilməsi üçün istifadə olunacaq. Nəzərə alın ki, sorğu anonimdir.