XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin Rejissorluq ixtisası Kino rejissoru ixtisaslaşmasının tələbələri İbadov Kamal Müşviq oğlu “Motivator” filmi ilə (kurs rəhbəri Kino-televiziya sənətləri kaferdasının müəllimi Rüfət Həsənov) “Ən yaxşı tələbə filmi” və Hüseynov Murad Ayaz oğlu (kurs rəhbəri Kino-televiziya sənətləri kaferdasının professoru Vaqif Mustafayev) “Yaradıcı axtarışlarına görə” münsiflər heyətinin xüsusi mükafatı ilə təltif ediliblər. 11-15 noyabr tarixlərində keçirilən festivalda 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib.