TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN SƏDRİ VƏZİFƏSİNƏ SEÇKİ KEÇİRİLİB
23.11.2022
21 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçki ilə bağlı Fakültə Tələbə Elmi Cəmiyyətlərinin iclası keçirilib. İclasda Universitetin Tədris İşləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova, Elm və Yaradıcılıq İşləri üzrə prorektoru əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva və Fakültə Tələbə Elmi Cəmiyyətlərinin sədrləri və üzvləri iştirak edib. İclası giriş sözü ilə açan dosent Sədaqət Əliyeva Tələbə Elmi Cəmiyyətinin tarixi və fəaliyyəti haqqında məlumat verib. Dosent Nigar Rüstəmova Cəmiyyətin işinə uğurlar arzulayıb. Sonra Sədaqət Əliyeva Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə öz namizədliyini irəli sürən şəxsləri Cəmiyyət üzvlərinə təqdim edibb. Cəmiyyətin sədri vəzifəsinə namizədlər “Sosial-mədəni fəaliyyət” kafedrasının müəllimi Günel Bəhruz qızı İbrahimova və “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi Aysel Vaqif qızı Həsənova öz platformalarını səsləndiriblər. Ardınca gizli səsvermə keçirilib. Səsvermənin nəticəsində Aysel Vaqif qızı Həsənova səs çoxluğu ilə ADMİU Tələbə Elmi Cəmiyyətinin sədri seçilib.