XALQ ARTİSTİ CAHANGİR NOVRUZOV ADMİU-DA TRENİNQ KEÇƏCƏK
23.11.2022
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr 2022-ci il tarixində keçiriləcək II “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış aktyor, rejissor və pedaqoq Cahangir Novruzovun treninqləri təşkil olunacaq.
Treninq ərzində Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” yollarını tələbələrə-aktyorlara əyani şəkildə göstərəcək.
24 noyabrda ADMİU-nun “Kiçik səhnə”sində keçiriləcək treninq 11:00-13:00 və 15:00-17:00-da olmaqla iki hissədə baş tutacaq.