ÖZBƏKİSTAN MƏDƏNİYYƏT NAZİRİNİN MÜAVİNİ ADMİU-DA OLUB
ÖZBƏKİSTAN MƏDƏNİYYƏT NAZİRİNİN MÜAVİNİ ADMİU-DA OLUB
19.11.2022
Noyabrın 17-də ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ADMİU-nun qonağı olub. Universitetin rektoru professor Ceyran Mahmudova qonağları salamlayaraq ölkəmiz və xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib. Rektor son dövrlərdə Azərbaycanın türk dövlətləri ilə əlaqələrində Özbəkistanla olan münasibətlərin xüsusi yer tutduğunu vurğulayıb.
ADMİU-da tədris olunan ixtisaslar haqqinda geniş məlumat verən rektor, Özbəkistanın yaradıcı ali məktəbləri ilə əməkdaşlıq istiqamətlərindən danışıb. Oktyabrda Özbəkistanda işgüzar səfərdə olarkən Daşkənd və Səmərqənd şəhərlərində keçirilən görüşlərdən bəhs edib və qatıldığı tədbirlərin iki ölkə arasında əlaqələrin yüksək inkişafının bariz göstəricisi olduğunu vurğulayıb.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov qonaqpərvərliyə görə təşəkkür edib. B.Əhmədov bildirib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana gəlişi Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının 14-18 noyabr tarixində Bakıya qastrol səfəri ilə bağlıdır. Qonaq, səfər çərçivəsində kollektivin İtalyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” ve Özbək bəstəkarı Ənvər Erqaşovun “Humo” operalarının nümayişi haqqında məlumat verib, ADMİU-nun professor-müəllim və tələbə heyətini tamaşalara dəvət etdib. Görüş Musiqi sənəti və Teatr sənəti fakültələrinin tələbələrinin ifası ilə yekunlaşıb.