ADMİU-NUN PROFESSORU BEYNƏLXALQ FESTİVALDA JÜRİ KİMİ İŞTİRAK EDİB
ADMİU-NUN PROFESSORU BEYNƏLXALQ FESTİVALDA JÜRİ KİMİ İŞTİRAK EDİB
15.11.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru və səhnə plastikası kafedrasının professoru, sənətşünaslq doktoru İsrafil İsrafilov Qazaxıstanın Almatı şəhərində təşkil olunan Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında jüri kimi iştirak edib. Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Tatarıstandan müxtəlif teatrların iştirak etdiyi tamaşaları İsrafil İsrafilovla yanaşı, Qazaxıstandan məşhur aktyor, SSR Xalq artisti Asanali Aşumov, Rusiyadan PTJ-nin (Peterburq Teatr Jurnalının) baş redaktoru, sənətşünaslıq namizədi Marina Davıdova, Özbəkistandan “Sənət” jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Dilafruz Kadırova, Tacikistandan sənətşünaslıq namizədi Məhhəmədullah Təbəridən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirib.