ADMİU-NUN TƏLƏBƏSİ QRANT MÜSABİQƏSİNİN QALİBİ OLUB
ADMİU-NUN TƏLƏBƏSİ QRANT MÜSABİQƏSİNİN QALİBİ OLUB
17.10.2022
"İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinin qaliblərinin adı açıqlanıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistratura pilləsinin II kursunda (Aktyor sənəti ixtisası üzrə) təhsil alan Fərid Bağırov “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığın təbliğatı” adlı layihəsiylə müsabiqənin qalibi olub.
Qeyd edək ki, Qrant istiqamətləri üzrə 178 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.
Fərid Bağırov həm də Azərbaycan İncəsənət Məktəbi qurumunun təsisçisidir.